Almaniya qlobal istiləşmə ilə əlaqədar alkoqoldan imtina etməyi təklif edirbackend

Almaniyanın Səhiyyə Nazirliyi qlobal istiləşmə ilə əlaqədar idman tədbirlərində spirtli içkilərin və manqalların qadağan edilməsini təklif edib.

Bu barədə Focus yazır.

İdarənin təqdim etdiyi planda qeyd olunur ki, bu təşəbbüsün məqsədi yarışın bütün iştirakçılarını və tamaşaçılarını sağlamlıq risklərindən qorumaqdır. Eyni zamanda, söhbət insan orqanizmi üçün istilik nəticəsində baş verə biləcək mənfi nəticələrdən gedir.

“İdmanla məşğul olan hər kəs diqqətli olmalıdır, çünki bütün dünyada temperatur yenidən yüksəlir”, Almaniyanın Səhiyyə naziri Nina Warken deyib.