“Pandemiya dövründə fərdi inkişaf resursları” mövzusunda onlayn görüş keçirilib – Fotolarbackend

23 iyun 2020-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Pandemiya dövründə fərdİ inkişaf resursları” mövzusunda onlayn görüş keçirilmişdir.

Onlayn görüşdə Milli Məclisin Deputatı, Azərbaycan – Tailand Dosluq Qrupunun sədri, YAP Siyasi Şurasının üzvü Ramin Məmmədov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyinin sədri Nərminə Yunusova, Nərimanov Bələdiyyəsinin sədr müavini Vüsal Cəfərli, Loqos Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Regionlarla iş şöbəsinin rəhbəri Ümidə Rəhimova, Dünya Yaddaş Federasiyasının Azərbaycan təmsilcisi, Utrain Şəxsi İnkişaf Mərkəzinin rəhbəri Mirşahin Əlizadə, “Odlar Yurdu” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Gülbəniz Cəfərova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Nurlan Hüseynov, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Rəşid Məmmədov, Bakı Avrasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Sübhan İsmayılov və fəal gənclər iştirak etmişlər.
İlk olaraq onlayn görüşdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tədbir iştirakçıları salamladı və qeyd etdi ki, bildiyiniz kimi hazırda bir sıra dünya ölkələrində geniş yayılmış və COVID-19 adlandırılan yeni növ koronavirusun səbəb olduğu infeksion xəstəlik ilk dəfə 2019-cu ilin dekabr ayında Çinin Vuhan şəhərində aşkar olunmuşdur. Ümumdünya Səhiyyə Təşkilatı (“ÜST”) 2020-ci ilin mart ayında koronavirus infeksiyasını pandemiya olaraq qəbul etmiş və nəticədə dünyanın əksər ölkələri xüsusi rejim, karantin, fövqəladə hal və s. bu kimi ciddi tədbirlər görməyə məcbur olmuşdur. N.Novruzov qeyd etdi, İdarə tərəfindən karantin rejiminində bir çox onlayn tədbirlər həyata keçirilib.
Sonra çıxış edən Milli Məclisin Deputatı, Azərbaycan – Tailand Dosluq Qrupunun sədri, YAP Siyasi Şurasının üzvü Ramin Məmmədov qeyd etdi ki, fərdi inkişaf, özünü inkişaf, bir çox üsulları və onun məqsədlərinə nail olmaq qarşısındaki insanlarla ünsiyyətdə yaxşı əlaqələr qurmaq, bütün mənfi fikirlər, mülahizələr, nümunələri dəyişdirmək və müsbət, yeni, sağlam mülahizələr və nümunələri qəbul etmək onu həvəsləndirmək strategiyaları və insanların hər cür çətin şərtlərdən ən yüksək potensialını və performansını ortaya qoymasıdır. Şəxsi inkişaf olaraq təyin etdiyimiz bu yollar, insanın potensialını aşkar etməyə və bu potensialı ən yaxşı şəkildə yaratmağa və istifadə etməyə kömək edəcək yollardan yalnız bir neçəsidir. Məqsədləri müəyyənləşdirmək, yaxşı münasibətlərdə və ünsiyyətdə olmaq, düşüncələri, inancları, nümunələri və ya mühakimələri dəyişdirmək təkcə fərdi inkişaf deyil. Bu cür hallar həyatdakı və şəxsiyyətdəki inkişaflardır. Şəxsi inkişafa kömək edən müsbət hallar həyati inkişafdır. Hər bir insan istəsə də istəməsə də fərdi inkişafda olmalıdır. Fərdi inkişaf resursları: fərdi inkişaf və böyümə; seçdiyiniz hər mövzuda şüurlu və həvəslə inkişaf etdirə biləcəyiniz inkişaf adlanır. Bunun üçün fiziki, zehni, psixoloji, sosial və mənəvi qaynaqlar tələb olunur.
Tədbirdə çıxış edən Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyinin sədri Nərminə Yunusova, Nərimanov Bələdiyyəsinin sədr müavini Vüsal Cəfərli, Loqos Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Regionlarla iş şöbəsinin rəhbəri Ümidə Rəhimova, Dünya Yaddaş Federasiyasının Azərbaycan təmsilcisi, Utrain Şəxsi İnkişaf Mərkəzinin rəhbəri Mirşahin Əlizadə, “Odlar Yurdu” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Gülbəniz Cəfərova vurğuladılar ki, fərdi inkişaf dövründə davam edən dəyişikliklərdən fərqlidir. Vital davamlılıq insanın yaşadığı hadisələr, qazandığı təcrübə və insanlarla münasibətləri ilə təsirli bir dəyişiklik təmin edir. Bu vəziyyət insanların şüursuz inkişafına səbəb olur. Əslində fərdi inkişaf şüurlu dəyişiklik tələb edir. Fərdi inkişaf hər bir şəxsin şüurlu şəkildə yaşadığı vəziyyətdən və statusdan ən yüksək vəziyyətə keçmək istədikdə başlayır. İnsanlar ömrü boyu öyrənir, böyüyür və inkişaf edir və bunu bacarığı həyatın bir çox vacib tərəfinə təsir göstərir. Şəxsi böyümə həm işgüzar münasibətlərdə, həm də şəxsi münasibətlərdə zəruridir.
Sonda Milli Məclisin Deputatı, Azərbaycan – Tailand Dosluq Qrupunun sədri, YAP Siyasi Şurasının üzvü Ramin Məmmədov gəncləri maraqlandıran sualları cavablandırdı.

İctimai.az