Buta.ws-a müsahibə verən fəal gənc Kənan Kərimov könüllülük fəaliyyəti və qazandığı uğurlar haqqında danışıb.
– Sizcə könüllülüyün uğur qazanmaqda rolu nələrdən ibarətdir?
– Düşünürəm ki, könüllülük fəaliyyəti uğur qazanmaq üçün çox vacibdir. Könüllülük uğurlarımın ilk başlanğıcı oldu. İnsanlarla ünsiyyətdə olmaq,yeni dostlar qazanmaq, yeni biliklər əldə etmək və.s Düşünürəm ki, könüllülük fəaliyyəti hər bir gəncin irəli getməsi üçün vacibdir.
– Kənan Kərimov hansı təşkilatlarda könüllü olub?
– İlk könüllü fəaliyyətim Asan Xidmətdə başladı və mənim üçün çox qatqıları oldu. Müxtəlif layihələrdə iştirak etdim. Daha sonra Könüllü Gömrükçüdə könüllü kimi fəaliyyət göstərdim.
Maliyyə Nəzarət Palatasında sığorta könüllüsü olmuşam, Asan Məktubda da könüllü kimi fəaliyyət göstərmişəm. Mənim uğurlar qazanmağımda böyük rolu oldu. Bu gün də öz fəaliyyətimi davam etdirirəm.
– Könüllü olduğunuz dövrdə hansı uğurlar əldə etdiniz?
– 2019-cu ildə Asan Xidmət Mərkəzində könüllü fəaliyyətimi başa vurduğum üçün 1-ci dərəcəli Şəhadətnamə ilə təltif olundum, 2020-ci ildə 2 Fevral Gənclər Günü münasibətilə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olundum. Dövlət Gömrük Komitəsində “Ayın Könüllüsü seçildim”. Bir çox layihələrdə iştirakıma görə sertifikatlar almışam.
– Kənan Kərimov üçün uğurun sirri nədən ibarətdir?
– Uğurun sirri çox çalışmaqda və səbrli olmaqdadır. Hər zaman fəal olmaq və özünü motivasiya etmək uğur qazanmaq üçün çox vacibdir. Getdiyin yolda məyus olmamaq lazımdır.
– Bəs sizin məyus olduğunuz anlar olurmu?
– Əlbəttə olur. Ancaq mən məyus olarkən belə öz yolumdan dönmürəm. Daha da güclü olaraq başlayıram”
– Gələcəkdə nələr etmək istəyirsiniz?
– Bakalavr təhsilimi başa vurduqdan sonra xaricdə magistr təhsili almaq istəyirəm. Öz ixtisasımda daha da profisional olmaq istəyirəm. Magistratura təhsilimi başa vurduqdan sonra isə yenidən ölkəmizə qayıdıb öz fəaliyyətimi davam etdirmək istəyirəm.
İctimai.az