Paralimpiya Oyunları: Azərbaycan 7-ci qızılı əldə etdibackend

Azərbaycan Tokioda keçirilən Paralimpiya Oyunlarında yeddinci qızıl medalını qazanıb.

İctimai.az xəbər verir ki, bu dəfə qızıl medal atletikanın nizəatma növündə qeydə alınıb.

İran əsilli idmançımız Həmid Heydəri 51.42 metr nəticə göstərməklə dünya rekordunu qırıb və qızıl medal qazanıb.