Paralimpiya Oyunları: Daha 2 qızıl və 1 bürünc medalbackend

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında daha 2 qızıl və 1 bürünc medalı qazanıb.

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb.

O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb.

Ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb.

Azərbaycanın paracüdoçusu İlham Zəkiyev  bürünc medal uğrunda qarşılaşmada özbəkistanlı Şirin Şaripova qalib gələrək, bürünc medal qazanıb.