Paralimpiya Oyunları: Azərbaycandan daha 3 qızıl medalbackend

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında daha 3 qızıl medalı qazanıb.

Cüdoçumuz Sevda Vəliyeva (-57 kq) finalda Parvina Səməndərova (Özbəkistan) ilə qarşılaşıb və rəqibini vaza-ari xalı ilə məğlub edərək qızıl medalı aktivinə yazdırıb.

Qadın cüdoçumuz Xanım Hüseynova (-63 kq)  İrina Qusyevaya (Ukrayna) vaza-ari ilə qalib gələrək qızıl medal qazanıb.

Kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golden Score-da ipponla qalib gələrək qızıl medal qazanıb.