Paraqvayda 60 tona yaxın marixuana müsadirə edilibbackend

Paraqvayda hüquq-mühafizə orqanlarının keçirdiyi Maranqatu əməliyyatı zamanı 57 ton marixuana müsadirə edilib.

Bunu ölkə prezidenti Santyaqo Pena X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib.

“Biz Marangatu əməliyyatı ilə mütəşəkkil cinayətkarlığa güclü zərbə vura bildik. Bu, 57 ton sıxılmış marixuananın müsadirə olunmasına imkan verib”, – o qeyd edib.

Pena bildirib ki, narkotik alverçiləri marixuananı Braziliyaya göndərməyi planlaşdırıblar. Onun sözlərinə görə, bu, müsadirə edilən ən böyük narkotik daşımalarıdır.

Pena əlavə edib ki, əməliyyat nəticəsində 4 nəfər saxlanılıb.