Çinin Kanada vətəndaşlarına və fəaliyyəti Sincan-Uyğur Muxtar Bölgəsi və Tibet Muxtar Bölgəsi ilə bağlı olan təşkilatlara qarşı sanksiyaları əsassızdır.
Bu barədə Kanada Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Departament qeyd edib ki, dekabrın 22-də Çin hökuməti heç bir əsas olmadan Kanadanın iki ictimai təşkilatına və iyirmi hüquq müdafiəçisinə qarşı sanksiyalar tətbiq edib.
Bununla əlaqədar Kanada Xarici İşlər Nazirliyi Kanada Tibet Komitəsinin və Uyğur Hüquqları Layihəsinin üzvləri ilə həmrəy olduğunu bildirib və Pekinin onları insan haqlarının müdafiəsi naminə çıxışlarına görə cəzalandırmaq qərarını pisləyib.
Bəyanatda vurğulanır ki, Kanada hökuməti öz vətəndaşlarına siyasi baxışlarına görə və ya müxalif fikirləri yatırmaq üçün hər hansı təhdidlərə, zorakılıq aktlarına və ya təqiblərə dözməyəcək.
Kanada Xarici İşlər Nazirliyi Çini beynəlxalq hüquqi öhdəliklərinə əməl etməyə çağırıb.