Əfqanıstanda Hindistan konsulluğunun əməkdaşı hücuma məruz qalıbbackend

Əfqanıstanın Nanqarhar əyalətinin inzibati mərkəzi olan Cəlalabad şəhərində naməlum şəxslər Hindistan konsulluğunun əməkdaşına hücum ediblər.

Bu barədə Əfqanıstanın Ariana News telekanalı Nanqarhar polisinin mətbuat katibinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Hindistan konsulluğunda tərcüməçi işləyən əfqanlı hücuma məruz qalıb. Kişinin vəziyyəti ilə bağlı məlumat dəqiqləşdirilir. Yerli hakimiyyət orqanları hadisənin başvermə şəraitini araşdırır.

Qətərin “Əl-Cəzirə” telekanalının mənbəyə istinadən verdiyi məlumata görə, bu şəhərdə naməlum şəxslər Hindistan konsulluğuna məxsus avtomobili partladıblar. Hücum nəticəsində insanlar yaralanıb, bir nəfər həlak olub. Sonuncular haqqında məlumat verilmir.