Zelenski Rusiya ilə sülhə əsas maneəni açıqlayıbbackend

Ukraynada sülhə əsas maneə bu ölkənin prezidenti Vladimir Zelenskidir.

Bu barədə dövlətə xəyanətdə şübhəli bilinərək istintaq təcridxanasında saxlanılan Ali Radanın deputatı Aleksandr Dubinski özünün Telegram kanalında bildirib.

“Zelenskinin özü bunu hələ dərk etməyib, lakin bu gün o, sülhə ən əsas maneədir O getməlidir. Bu, müharibəni dayandırmaq üçün əsas şərtdir”, – deyə xalq deputatı qeyd edib.

Dubinski vurğulayıb ki, Ukraynanın bütün sakinləri sülh istəyir.