Fransa parlamentinə seçkilərin birinci turunun ilkin nəticələri açıqlandıqdan sonra Parisdə genişmiqyaslı mitinq başlayıb. Bu barədə TASS yazır.
Materialda aydınlaşır ki, nümayişdə solçu qüvvələrin tərəfdarları iştirak edir. Onlar sağçı Milli Mitinq partiyasının qələbəsinin qarşısını almağa çağırır, həmçinin faşizm əleyhinə şüarlar səsləndirirlər. Bundan əlavə, bəzi etirazçılar Fələstin və Cənubi Afrika Respublikasının (CAR) bayraqları ilə şəhər küçələrinə çıxıblar.
Jurnalistlərin sözlərinə görə, analoji aksiyalar ölkənin bir sıra başqa şəhərlərində də keçirilir. Bura Lyon və Nant daxildir.
Mənbə: TASS