Zelenski Ukraynanın qələbəsinin tərkib hissələrinin adını çəkdibackend

Ukraynanın qələbəsinin meyarları 1991-ci il sərhədləri və ölkənin NATO və Avropa Birliyinə daxil olmasıdır. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski “The Philadelphia Inquirer” nəşrinə müsahibəsində deyib.

“Biz iqtisadi təhlükəsizliyi təmin etmək üçün Avropa İttifaqında olmalıyıq”, – deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, “fiziki təhlükəsizliyi təmin etmək üçün” Ukrayna da Şimali Atlantika Alyansında olmalıdır.

Mənbə: RİA Novosti