Pentaqon yeni maliyyə ili üçün 170 milyard dollar istəyəcək, büdcə Ukraynanın hərbi sursatlarının və Çinlə mümkün münaqişə zamanı lazım ola biləcək uzaqmənzilli raketlərin dəyişdirilməsinə yönəldiləcək.
Bu barədə Bloomberg rəsmi büdcə sənədinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, ABŞ Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusu üçün 76,8 milyard dollar, yeni gəmilərin inşası üçün isə 32,8 milyard dollar tələb edəcək.
ABŞ Kosmik Qüvvələri və ordu üçün 24,4 milyard dollar.
Mənbə: Bloomberg
İctimai.az

