UEFA turnirin “reputasiyasına xələl gətirdiyi” üçün “Barselona”nı Çempionlar Liqasında iştirakdan kənarlaşdıra bilərbackend

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Neqreyra işi fonunda “Barselona”nı Çempionlar Liqasında iştirakdan kənarlaşdıra bilər.

Bu barədə AS məlumat yayıb.

Martın 10-da məlum olub ki, prokurorlar Kataloniya klubuna və komandanın eks-prezidenti Xosep Mariya Bartomeuya qarşı İspaniya Kral Futbol Federasiyasının texniki hakimlər komitəsinin keçmiş vitse-prezidentinə pul ödənilməsi ilə bağlı ittiham irəli sürüblər.

Departamentin şikayəti ilə  Barselona İstintaq Məhkəməsinə verilib.

İctimai.az