Piratlar Qvineya körfəzində Danimarka tankerini qaçırıblarbackend

Qvineya körfəzində dəniz quldurları Danimarkanın Monjasa şirkətinə məxsus, göyərtəsində 16 ekipaj üzvü olan tankeri qaçırıblar.

Bu barədə “Reuters” gəmiçilik şirkətinin nümayəndəsinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, dəniz quldurları gəmiyə miniblər. İndi tankerlə bütün rabitə kanalları sıradan çıxıb.

Monjasa sözçüsü əlavə edib ki, 16 ekipaj üzvünün hamısı gəmidə təhlükəsiz əraziyə sığına bilib.

İctimai.az