Pixel 9 smartfonları iPhone-un əsas xüsusiyyətlərindən birini alacaqbackend

Google-un qarşıdan gələn Pixel 9 seriyalı smartfonları Samsung-dan yeni modem və peyk rabitəsi dəstəyi alacaq.

Bu barədə “Android Authority” portalı məlumat yayıb.

Mənbənin məlumatına görə, Pixel 9 smartfonları Pixel 7 və 8-də istifadə edilən Modem 5300-ü əvəz edəcək yeni Exynos Modem 5400 modemi ilə təchiz ediləcək.Yeni modemin əsas xüsusiyyətlərindən biri peyk rabitəsinin dəstəklənməsi olacaq. Bu gün bazarda bu funksiyaya malik smartfonlar çox deyil – yalnız cari iPhone-lar və bəzi Çin flaqmanları peyk rabitəsini dəstəkləyir.

İlkin mərhələdə yeni funksiya yalnız Amerikanın T-Mobile operatorunun istifadəçiləri üçün əlçatan olsa da, sonradan digər regionlarda da genişlənəcək. Gələcəkdə onun hansı bölgələrdə olacağı hələ açıqlanmayıb.

Mənbə: Autotech