ABŞ əsgərləri İsrailə zərbə endirmək üçün nəzərdə tutulan onlarla İran və Yəmən pilotsuz təyyarəsini məhv edib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
ABŞ ordusunun verdiyi məlumata görə, aprelin 13-də və aprelin 14-ü səhər saatlarında CENTCOM ABŞ-ın Avropa Komandanlığının esmineslərinin dəstəyi ilə İsraili vurmalı olan 80-dən çox pilotsuz təyyarə və ən azı altı ballistik raketi məhv edib.
Xüsusilə, Yəmənin husilərin nəzarətində olan ərazilərində bir ballistik raket buraxılış qurğusu və 7 pilotsuz uçuş aparatı məhv edilib.
Mənbə: CNN