Ağ Evin seçilmiş rəhbəri Donald Tramp və Rusiya prezidenti Vladimir Putin mümkün danışıqlar zamanı Ukraynanın NATO üzvlüyünün dayandırılması məsələsində razılığa gələ bilərlər.
Bunu RİA Novosti-yə türkiyəli politoloq, Ankara-Moskva şəbəkəsinin aparıcı eksperti Engin Özer deyib.
“Tramp və Putinin görüşü əslində müşavirlər vasitəsilə əldə olunan atəşkəs razılaşması haqqında dünyaya elandan başqa bir şey olmayacaq”, – politoloq qeyd edib.
Ekspertin fikrincə, razılaşma Ukraynanın Şimali Atlantika Alyansındakı üzvlüyünün uzun müddətə dayandırıla biləcəyini, Avropa İttifaqında isə əksinə, əhəmiyyətli dərəcədə sürətləndirilə biləcəyini ifadə edəcək.