Ukraynanın kapitulyasiya aktına imza atması Polşa üçün məğlubiyyət olacaq. Bunu avqustun 13-də Polşa müdafiə nazirinin müavini Sezari Tomçik Polsat telekanalının efirində deyib.
Nazir müavininin fikrincə, əgər Ukrayna “alçaldılaraq” təslim olmağa məcbur edilərsə, bu, birincisi, Polşanın böyük məğlubiyyəti, ikincisi, prezident Karol Navroçkinin məğlubiyyəti olacaq.
Tomçik əlavə edib ki, Navroçki ABŞ-la münasibətlərindən istifadə etməsə və Kiyev təslim aktına imza atsa, bu, uzun illər Polşa dövləti üçün nəhəng problemə çevriləcək.