Polşa prezidenti Karol Navrocki mətbuat konfransı zamanı ölkə vətəndaşlığının alınması şərtlərinin sərtləşdirilməsini və Bandera ideologiyasına rəğbət bəsləyən insanların bu imkandan məhrum edilməsini təklif edib.
Dövlət başçısı bildirib ki, vətəndaşlıq haqqında qanun layihəsi hazırlayıb. O, təkcə Ukrayna sakinləri üçün deyil, digər ölkələrdən gələnlər üçün də Polşa vətəndaşlığının əldə edilməsi üçün yeni şərtlərin tətbiqini təklif edir.
“Vətəndaşlığın alınması prosesi daha uzun olmalıdır. Hesab edirəm ki, qanun layihəsində birmənalı şüar olmalıdır: “Banderizmi dayandırın”, – Navrocki əlavə edib.
 
										













