Polşa Belarusla sərhəddə hasarın möhkəmləndirilməsinə 375 milyon dollar ayıracaqbackend

Polşa hakimiyyəti Belarusla sərhəddə 2022-ci ildə çəkilmiş hasarın möhkəmləndirilməsinə 370 milyon dollardan çox vəsait ayıracaq. Teleqraf.com xəbər verir ki, bu barədə Polşa milli müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.

Onun sözlərinə görə, divarın möhkəmləndirilməsi layihəsini Polşa mühəndisləri və Sileziya Texnologiya Universitetinin əməkdaşlarından ibarət qrup hazırlayır. Tomczyk hesab edir ki, sədd gücləndirildikdən sonra bu, əvvəlcə müvəqqəti həll yolu olsa da, “keçilməz olacaq”.

Mayın 11-də Polşanın baş naziri Donald Tusk Varşavanın Belarusla sərhəddə istehkam işlərinə başladığını açıqlayıb.

Mənbə: Teleqraf.com