Kataloniyanın İspaniyadan ayrılması tərəfdarları parlamentdəki əksəriyyətini itirə bilərbackend

Kataloniya müstəqilliyinin tərəfdarları yerli parlamentdə yerlərin əksəriyyətini qazana bilməyəcəklər. Bu barədə Reuters xəbər verir.

Mövcud məlumata görə, İspaniyadan ayrılmağı müdafiə edən Kataloniya hökumətinin keçmiş rəhbəri Karles Puçdemonun rəhbərlik etdiyi “Cunts per Catalunya” koalisiyası cəmi 35 parlament mandatına iddia edir. Ümumilikdə, müstəqillik tərəfdarları kabineti formalaşdırmaq üçün 135 yerlik parlamentdə lazım olan 68 yerdən yalnız 61-ni ala biləcəklər.

Seçkilərin nəticələrinə görə, Sosialist Partiyasından müstəqillik əleyhdarları 42 yer qazanacaqlar.

Mənbə: TASS