Polşa bir şərtlə rusiyalı idmançıların yarışmasına icazə verməyə hazırdırbackend

Polşanın idman naziri Kamil Bortniçuk rusiyalı idmançıların ölkə ərazisində keçirilən idman yarışlarında iştirakına hansı şərtlə icazə veriləcəyini deyib.

“Polşa Qılıncoynatma Federasiyası, burada Dünya Kuboku keçiriləcəyinə görə, mənimlə məsləhətləşmələrdən sonra mövqeyimizi göndərdi ki, ruslar və belaruslar hərbi əməliyyatları dəstəkləmədikləri barədə bəyanat imzaladıqları təqdirdə dəvət oluna bilərlər.

Əgər rusiyalı idmançı belə bir məktuba imza atarsa, mən onu ürəkdən Polşaya və Avropa idmanına dəvət edirəm”, – deyə rəsmi RMF FM radiosuna müsahibəsində bildirib.

Mənbə: Lenta.ru

İctimai.az