Moskviç 2023-cü ildə sedan və krossover təqdim edirbackend

Rusiyanın “Moskviç” zavodu bu il yeni avtomobil modellərini təqdim edəcək.

Bu barədə brendin mətbuat xidməti məlumat yayıb.

“Dünən Moskva meri Sergey Sobyanin “TV Center” kanalının efirində bildirib ki, bu il “Moskviç” avtomobillərinin yeni modelləri peyda olacaq. Bunlar sedan və krossover avtomobillər olacaq.

Avtomobillərin dəqiq nə vaxt təqdim ediləcəyi barədə məlumat verilmir. Mətbuat xidməti yalnız yeni məhsulların şəkillərinin tezliklə dərc olunacağını bildirib.

İctimai.az