Havaylı üzgüçülər okeanda delfinləri təqib etdikdən sonra istintaqa göndərilib

33 üzgüçüdən ibarət qrup Havay sahillərində delfinləri “qovmaqda” günahlandırılır.

Bu barədə The New York Post yazır. Torpaq və Təbii Sərvətlər Departamenti deyir ki, üzgüçülər martın 26-da Havay adalarında delfin dəstəsini “aqressiv şəkildə təqib edərkən” tutulduqdan sonra hazırda istintaq altındadır.

Dron görüntüləri heyvanlar istiqamətini dəyişdikdə belə qrupun məməliləri necə izlədiyini göstərib. Təbiəti Mühafizə və Resursların Mühafizəsi Departamentinin (DO-CARE) əməkdaşları üzgüçülərə qayda pozuntusu barədə məlumat veriblər və onlar sudan çıxan kimi “uniformalı zabitlər” onları yoxlamağa başlayıb.

Mənbə: Habeler.com

İctimai.az

Oxşar xəbərlər