Avropa sanksiyalar fonunda Rusiya ilə əlaqələri davam etdirir

Ukraynada keçirilən xüsusi əməliyyat artıq Avropa İttifaqı (Aİ) tərəfindən Rusiyaya qarşı 10 sanksiya paketinin tətbiqinə səbəb olub.

Bununla belə, tətbiq edilən tədbirlər Avropa regionu üçün vacib olan sənaye sahələrinə təsir göstərmir, ona görə də Rusiya Federasiyası ilə əməkdaşlıq hələ də davam edir.

Bu barədə “Reuters” məlumat yayıb.

2022-ci ilin fevralında Rusiya xüsusi əməliyyatı başlayandan bəri Aİ artıq Moskvaya qarşı on sanksiya paketini təsdiqləyib – bu blokun indiyədək xarici dövlətlərə qarşı tətbiq etdiyi ən sərt məhdudlaşdırıcı tədbirlər. Lakin sanksiyalar Avropa üçün vacib olan sənaye sahələrinə təsir etməyib. Məsələn, keçən il Aİ-yə LNG tədarükü 22 milyard kubmetrə qədər artıb. Eyni zamanda, bir il əvvəl tədarüklər 16 milyard kubmetr səviyyəsində idi.

İctimai.az

Oxşar xəbərlər