Alimlər koklebur otu tərkibində qocalma əleyhinə xüsusiyyətlər aşkar ediblərbackend

Menji Universitetinin (Cənubi Koreya) alimləri koklebur meyvələrinin antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malik olduğunu müəyyən ediblər.

Tədqiqatın nəticələri American Society for Biochemistry and Molecular Biology Discover BMB-nin illik toplantısında təqdim olunacaq.

Tapılan xüsusiyyətlər dəridə kollagen istehsalını stimullaşdırmağa kömək edir ki, bu da UV şüalarının təsirindən zərərləri azaldır və yaraların sağalmasını sürətləndirir. Bundan əlavə, kollagen dəriyə elastiklik verir və qırışların qarşısını alır.

Bu, alimlər tərəfindən yetişdirilən toxumalardan istifadə edilən laboratoriya testlərində təsdiqlənib.

İctimai.az