Kurqanda üç yaşlı uşağı gənə dişləyibbackend

2023-cü ildə ilk gənə dişləməsi Kurqanda qeydə alınıb.

Bu barədə Rospotrebnadzorun region üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb.

Agentliyin məlumatına görə, gənə ensefalit əleyhinə peyvənd olunmamış üç yaşlı uşağı dişləyib. “Gənə araşdırılıb, o, ensefalit daşıyıcısı deyil”, – nazirliyin açıqlamasında bildirilir.

Qeyd olunur ki, 2022-ci ildə Kurqan vilayətinin ərazisində ilk dəfə aprelin 3-də gənə dişləməsi qeydə alınıb.

İctimai.az