Polşa məktəblərində mobil telefondan istifadə bu ilin sentyabrın 1-dən etibarən qadağan ediləcək.
Bu barədə ölkənin təhsil naziri Barbara Novatska məlumat verib.
Onun sözlərinə görə, uşaqlar müəllimin icazəsi ilə məktəbdə telefonlardan istifadə edə biləcəklər.
Novatska bildirib ki, “tədris prosesinə və müəllimin qərarına əsasən istisna edilə bilər, lakin bu, norma ola bilməz, çünki uşaqların internetdən nə qədər asılı olduqlarını görürük”.















