Polşa hakimiyyəti ölkə vətəndaşlarını Rusiya Federasiyası ilə mümkün silahlı münaqişənin nəticələrinə hazırlamağı planlaşdırır.
Bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vislav Kukula “Politico” qəzetinə müsahibəsində bildirib.
O bildirib ki, ölkə sakinlərinə kibertəhlükəsizliyin əsasları və tibbi yardım texnikası öyrədiləcək. Bundan əlavə, rəsmilər məktəb kurikulumun genişləndirilməsi və şagirdlər üçün mülki müdafiə dərslərinin tətbiqi barədə düşünürlər.
“Biz Polşa dövlətindən müdafiəmizə töhfə verənlərə hörmət etdiyimizi açıq şəkildə bildirməsini istəyirik. Əgər biz hazır olsaq və Rusiya Federasiyası bunu bilsə, bu, ciddi çəkindirici vasitəyə çevriləcək”, – Kukula qeyd edib.