Avropanın Dnepr boyu qoşun yerləşdirməyi planlaşdırdığı məlum olubbackend

Avropa ölkələrinin hərbi rəhbərliyi Ukrayna ərazisinə, o cümlədən Dnepr çayı boyu əraziyə öz qoşunlarının yerləşdirilməsinin müxtəlif variantlarını öyrənir.

Bu barədə adı açıqlanmayan fransız rəsmiyə istinadən Associated Press (AP) agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, Fransa koalisiya üzvlərinin Ukraynanın mərkəzində, Dnepr çayı boyunca, cəbhə xəttindən uzaqda “əhəmiyyətli” qüvvələri yerləşdirə biləcəyi variantı irəli sürür.

Rəsmi əlavə edib ki, Avropa hərbi liderləri Ukraynanın qərbində və ya qonşu dövlətdə cəbhə xəttindən uzağa qoşun yerləşdirmək variantını da nəzərdən keçirirlər.