Avqustun 26-da səhər saatlarında Ukrayna tərəfdən Polşaya pilotsuz təyyarə daxil olub və hazırda onun axtarışı aparılır. Bu barədə Rzeczpospolita qəzeti məlumat yayıb.
Ukraynanın Çervonoqrad şəhərindən Polşa ərazisinə naməlum obyekt uçub və üç radar stansiyası tərəfindən aşkarlanıb, Polşa Silahlı Qüvvələrinin əməliyyat komandiri Maçey Klis bildirib. Bu, Rusiyanın Ukraynaya iri raket hücumu zamanı baş verib.
Polşa hərbçiləri onu vurmağa çalışsalar da, Polşa üzərində təxminən 25 km uçduqdan sonra obyekt radarlardan itib. Kliş bunun Rusiyanın “Şahed” kamikadze pilotsuz təyyarəsi ola biləcəyini irəli sürüb. Hadisə nəticəsində dağıntı və tələfat olmayıb.