2010-cu ildə təyyarə qəzasında həlak olan Polşanın keçmiş prezidenti Lex Kaçinskinin əkiz qardaşı Yaroslav Kaçinski Nazirlər Kabinetinə qayıda bilər.
TASS xəbər verir ki, bu barədə Polşa Seyminin vitse-spikeri Rışard Terleçki bildirib.
Onun sözlərinə görə, qərar iyunun sonunda veriləcək. O qeyd edib ki, Kaçinski hakim mühafizəkar Hüquq və Ədalət Partiyasının (PiS) yaradıcısı və sədridir və buna görə də asanlıqla hökumətə qayıda bilər.
Terleçki əlavə edib ki, Kaçinskinin Nazirlər Kabinetinə mümkün qayıdışının səbəblərindən biri parlament seçkiləri öncəsi partiyanın və ölkənin baş naziri Mateuş Moravetskinin mövqelərinin gücləndirilməsi zərurətidir.
Polşa Seyminin vitse-spikerinin sözlərinə görə, Kaçinski “baş nazirin müavini olmaq və eyni zamanda hazırkı baş nazirin müavinlərini də vəzifədən azad etmək istərdi”.