Müxalifət “Avropa Həmrəyliyi” partiyasının lideri, Ukraynanın eks-prezidenti Pyotr Poroşenko “Rusiya lideri Vladimir Putinə işlədiyinə” görə “Müxalifət Platforması – ömürlük” fraksiyasının deputatlarının mandatlarından məhrum etməyə çağırıb. Siyasətçi bu barədə öz Telegram kanalında müvafiq bəyanat yayıb.
“Onlar nə Ukrayna dövlətini, nə də Ukrayna xalqını təmsil etmirlər. Bu zalda təxribatçılara yer yoxdur! Onlar Putin üçün işləyirlər, ona görə də cavab verməlidirlər”, – Ukraynanın keçmiş prezidenti yazıb.
Poroşenko qeyd edib ki, Ali Radaya partiya deputatlarının mandatlarından məhrum edilməsi, həmçinin “beşinci kolon”un fəaliyyətinin qadağan edilməsi barədə qətnamələr təqdim edilib. Lakin siyasətçinin sözlərinə görə, təşəbbüslər nəzərə alınmayıb.