2022-ci ilin yekunlarına görə, İtalyan moda evi Prada öz gəlirini 21% artıraraq rekord həddə – 4,2 milyard avroya çatdırıb.
Bu barədə brendin mətbuat xidməti öz saytında məlumat yayıb.
Göstəricinin artımı turizmin canlanması və şirkətin dəri məmulatlarına, hazır geyimlərə və ayaqqabılara tələbatın artması ilə izah edilib.
Geyim istehsalçısının ümumi pərakəndə satışları 24% artıb. Avropa ölkələrində artım 63%, Amerikada 22% təşkil edib.
Eyni zamanda, Çində koronavirus pandemiyası fonunda karantin rejiminin tətbiqi ilə əlaqədar bu göstərici 2021-ci illə müqayisədə 2% azalıb.
Mənbə: haberler.com
İctimai.az

