Primoryedə ilk dəfə yanğın tornadosu baş veribbackend

Təbii yanğınların davam etdiyi Primoryedə ilk dəfə yanğın tornadosu – alov və yanma məhsullarından ibarət burulğan qeydə alınıb. Nadir təbiət hadisəsi barədə Primhidrometin mətbuat katibi Varvara Koridze məlumat verib.

Bundan əvvəl sosial şəbəkələrdə odlu tornadonun videosu yayılıb və şahidlərin sözlərinə görə, onlar bunu ilk dəfə görüblər. Kadrlarda əvvəlcə işıqlanan, sonra qaralmış burulğan on metrlərlə yüksələrək hadisə şahidlərinə doğru hərəkət edir. Videonun Xasan rayonunun Provalovo dənizkənarı kəndində çəkildiyi qeyd olunur.

Primorye Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, martın 1-dən martın 2-dək Xasan rayonunda 23 termal qaynar nöqtə qeydə alınıb. Bununla əlaqədar olaraq, regional əməliyyat qərargahı yanğının lokallaşdırılması üçün qüvvə və vasitələri 3 dəfə artırıb. Regional yanğınsöndürənlərlə yanaşı, KDU-nun “Meşə Mühafizəsi” və “Bəbirlər Yurdu” qüvvələri də iştirak edir.

Mənbə: Lenta.ru