PSJ Çempionlar Liqasını tərk etdikdən sonra azarkeşlərə müraciət edibbackend

Fransanın “Paris Saint-Germain” futbol klubu Çempionlar Liqasından kənarlaşdırıldıqdan sonra azarkeşlərə müraciət edib.

Parislilər martın 8-də Çempionlar Liqasının 1/8 final mərhələsində səfərdə “Bavariya”ya uduzub (0:2) və ümumilikdə turnirdən kənarlaşdırılıb.

“Münhendə sarsılmaz və yüksək qiymətləndirilən dəstəyə görə bir daha təşəkkür etmək istərdik. Paris Saint-Germain ailəsi çətinliklərin öhdəsindən gəlməyi bilir, necə sağalmağı bilir, qarşıya çıxan maneələrə baxmayaraq bir yerdə qalmağı bilir. Biz birlikdə həmişə daha güclüyük.

Mənbə: Goal

İctimai.az