Mosaique FM radiostansiyasının məlumatına görə, Tunis prezidenti Cais Said on ildən çox müddətə yoxluğundan sonra səfirin Suriyaya qayıtmasına çağırıb.
“Tunis səfirinin Suriyanın paytaxtı Dəməşqdə, Suriya səfirinin isə Tunisdə olmaması üçün heç bir səbəb yoxdur. Suriya rejimi və xalqın seçimi məsələsi bizə aidiyyatı olmayan məsələdir”, – deyə Tunisin xarici işlər naziri Nabil Əmmarla görüşdə bildirib.
Prezident Səid əlavə edib ki, o, Suriyanın bir neçə müstəqil dövlətə bölünməsinə qarşıdır. Fevralda zəlzələlərdən sonra Suriyadakı vəziyyəti şərh edən Səid “qardaş Suriya xalqına” da dəstəyini ifadə edib.
Mənbə: Lenta.ru
İctimai.az

