PSJ Messiyə əvəzləyici tapıb

İngiltərə Premyer Liqasının (APL) “Kristal Pelas” klubunun futbolçusu Mişel Olize Fransanın “PSJ” klubunun futbolçusu ola bilər, – Daily Mail xəbər verir.

Qeyd olunur ki, parislilər uzun müddətdir futbolçunu izləyirmiş. Transferlə bağlı danışıqlar yayda başlaya bilər.

Olisenin alınması Lionel Messinin mümkün gedişi ilə bağlıdır. Argentinalı Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçə bilər.

2021-ci ilin avqustunda argentinalı Barselona üçün İspaniya çempionatında uzun illər oynadıqdan sonra PSJ-yə keçdi. Hücumçunun Liqa 1 klubu ilə müqaviləsi 2023-cü ilin iyun ayına qədərdir.

Oxşar xəbərlər