Polşada uşaq evinə edilən hücumda 16 yaşlı qız ölübbackend

Polşada gənc oğlan uşaq evinə hücum edib.

Bu barədə PAP agentliyi məlumat yayıb.

Hadisə Tomisslavice şəhərində baş verib. İlkin versiyaya görə, 19 yaşlı oğlan uşaq evinə daxil olaraq uşaqlara bıçaqla hücum edib. Hadisə nəticəsində 16 yaşlı qız ölüb, daha 5 şagird xəsarət alıb.

Zərərçəkənlər hazırda xəstəxanada həkimlərin nəzarəti altındadırlar.

Hücum edən şəxs hazırda həbs edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.