Puarye Makqreqordan revanşı aldı – VİDEObackend

UFC-257 turniri çərçivəsində keçirilən yüngül çəki kateqoriyasında irlandiyalı Konor Makqreqorla amerikalı Dastin Puarye arasındakı döyüş ikincinin qələbəsi ilə yekunlaşıb.

Tərəflər ilk dəfə 2014-cü ilin sentyabrın 27-də üz-üzə gəlmişdilər. Həmin görüşün birinci raundunda Makqreqor rəqibini nokauta salmışdı.

Məhz bu görüş həmin döyüşün revanşı hesab olunurdu. Beləliklə, Puarye rəqibinə qalib gələrək revanşı almış oldu.