Məsut Özil “Fənərbaxça”da təqdimatı zamanı Azərbaycana dəstəyini bildirdi – VİDEObackend

“Fənərbaxça”nın yeni transferi Məsut Özil bugünkü təqdimat mərasimində azərbaycanlı futbol azarkeşlərinə səslənib.

“HaberGlobal” məlumat verir ki, o, bütün Azərbaycana salam göndərib:

“Qismət olarsa, Azərbaycana getmək istəyərəm. Oradakı qardaşlarımı görmək istəyirəm. Sadəcə “Fənərbaxça” azarkeşlərinə yox, bütün Azərbaycana salam göndərirəm və təşəkkürümü bildirirəm”, – deyə futbolçu bildirib