Putin Belarus prezidenti Lukaşenkonu aprelin 6-da Moskvada qəbul edəcəkbackend

Rusiya prezidenti Vladimir Putin aprelin 6-da Moskvada Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşəcək.

Bu barədə “Vedomosti” iki mənbəyə istinadən yazır.

Qeyd olunur ki, bu gün İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclası keçiriləcək, burada Belarus və Rusiya birinci şəxslərlə təmsil olunacaq. Mənbələrin məlumatına görə, tədbirdə sanksiya təzyiqinə qarşı mübarizə, eləcə də təhlükəsizlik məsələlərinə toxunulacaq.

Putin və Lukaşenko arasında sonuncu təkbətək görüş 2022-ci il dekabrın 19-da Minskdə baş tutub.

İctimai.az