Zimbabvenin təhsil naziri Roskosmos ilə peyklər üzrə əməkdaşlığa ümid etdiyini açıqlayıbbackend

RİA Novosti agentliyi xəbər verir ki, Zimbabvenin ali təhsil, innovasiya, elm və texnologiyanın inkişafı naziri Amon Muravira peyklər üzrə Roskosmos ilə əməkdaşlığa ümid etdiyini bildirib.

“Biz Roskosmos ilə əlaqələrimizi gücləndirməyi səbirsizliklə gözləyirik, çünki o, böyük təcrübəyə malik dünyanın əsas kosmik agentliklərindən biridir.

Biz gözləyirik ki, əlaqələrimiz bir çox peyklərin buraxılmasına və telekommunikasiyanın, peyk internetinin inkişafına gətirib çıxaracaq”, – Muravira bildirib.

İctimai.az