Putin Suriya ilə cinayətkarların qarşılıqlı ekstradisiyası haqqında sazişi ratifikasiya etmək üçün Dövlət Dumasına təqdim edib

Martın 4-də Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası ilə Suriya Ərəb Respublikası arasında cinayət təqibi və ya hökmün icrası üçün şəxslərin bir-birinə verilməsi haqqında sazişi ratifikasiya üçün Dövlət Dumasına təqdim edib.

Müvafiq sənəd Dumanın elektron məlumat bazasında dərc edilib.

“Tərəflər bu Sazişin müddəalarına uyğun olaraq və onun əsasında ekstradisiya edilə bilən cinayətlər törətdiklərinə görə cinayət təqibi və ya hökmün icrası üçün sorğu əsasında şəxsləri bir-birlərinə təhvil verməyi öhdələrinə götürürlər”, mətndə deyilir.

Mənbə: RİA Novosti

İctimai.az

Related Post