Yeni Zelandiya sahillərində zəlzələ baş verib

Yeni Zelandiya sahillərində Kermadec arxipelaqının şimal-şərqində 6,9 bal gücündə zəlzələ baş verib.

Bunu Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatları sübut edir.

Yeraltı təkanlar Kerikeri kəndindən 928 kilometr şimal-şərqdə, 150 kilometr dərinlikdə baş verib.

Mümkün tələfat və ya infrastrukturun dağılması barədə məlumat verilməyib.

Mənbə: Reuters

İctimai.az

Oxşar xəbərlər