Qabonun müvəqqəti lideri Bris Kloter Oliqi Nguema ölkənin devrilmiş prezidenti Əli Bonqo Ondimbanın səhhətini nəzərə alaraq, ölkəni tərk etməyə icazə verib, RİA Novosti xəbər verir.
Oliqa Nguema verdiyi açıqlamada səhhətinə görə keçmiş prezidentin sərbəst hərəkət etdiyini bildirib. Bonqo Ondimba istəsə, tibbi nəzarət üçün xaricə gedə bilər.
Daha əvvəl bildirilmişdi ki, keçid dövründə ölkəyə rəhbər təyin olunan Qabonlu general Bris Kloter Oliqi Nguema yaxın günlərdə hökumətin təyin olunacağını bildirib.
Mənbə: RİA Novosti