Qadın lotereya mağazasında yağışdan sığındı, 140 min dollar qazandıbackend

South China Morning Post yazır ki, Çində bir qadın lotereya mağazasında yağışdan sığınaraq 140 min dollar udub.

Mağaza sahibinin dediyinə görə, qadın qəfil yağan leysan zamanı içəri girib və satışda ani uduşlu lotereya biletlərinin olub-olmadığını soruşub.

“Yağışda ilişib qaldığım üçün bir az oynaya bilərəm” dedi müştəri.

Qadın hər biri 4 dollara 30 bilet alıb. Altıncı biletdə o, 140.000 ABŞ dolları məbləğində baş mükafatı qazandı.