Taxıl müqaviləsinin uzadılmaması Misir iqtisadiyyatına təsir etməyəcək

Misirin təchizat və daxili ticarət nazirinin müşaviri Nuamani Nasr Nuamani bildirib ki, taxıl müqaviləsinin uzadılmaması Misirə təsir etməyəcək, çünki ölkə buğda idxalı mənbələrini şaxələndirir.

Rəsminin sözlərinə görə, Qahirə artıq 35 min və 110 min ton həcmində Ukrayna buğdasının son iki partiyasını qəbul edib. Nuamani vurğulamışdır ki, Misir istehsal mənbələrini diversifikasiya etməklə buğda ehtiyatlarının artırılmasına və ölkə daxilində istehsalın artmasına ümid edir.

Rəsmi qeyd edib ki, Misir Rusiya buğdasının ən böyük idxalçısıdır. O vurğulayıb ki, Moskva ixrac sektorunda Qahirə ilə tam əməkdaşlıq edir və istər maliyyələşdirmə, istərsə də ixrac üsulu ilə bağlı yaranan bütün problemləri həmişə həll edir.

Mənbə: RİA Novosti

Related Post