“The Sun” qəzeti yazır ki, Britaniya taxtının varisi Uels şahzadəsi Uilyam atası Böyük Britaniya kralı III Çarlz ilə Vindzor qəsrindəki görüşlərə getmək üçün elektrik skuterindən istifadə edir. Bir il əvvəl ailəsi ilə birlikdə Vindzor qəsrinin ərazisində yerləşən Adelaide kottecinə köçən 41 yaşlı şahzadənin monarxla görüşmək üçün elektrikli skuterlə 3-4 km yol qət etdiyi bildirilir. Onun istifadə etdiyi elektrik skuterinin modeli ilə bağlı təfərrüatlar məlum deyil.
Əvvəllər şahzadə Uilyam motosikletlərə olan həvəsindən danışıb və 2008-ci ildə o, qardaşı Şahzadə Harri ilə birlikdə hətta Cənubi Afrikada keçirilən xeyriyyə avtoyürüşündə iştirak edib. Lakin övladları dünyaya gələndən sonra onun yarışa marağı azalıb.
2022-ci ilin avqustunda Sky News xəbər verdi ki, Şahzadə Uilyam və həyat yoldaşı Şahzadə Keyt Vindzor şəhərinə köçdülər ki, onların uşaqları, doqquz yaşlı Şahzadə Corc, səkkiz yaşlı Şahzadə Şarlotta və beş yaşlı Şahzadə Luis, Windsor qalasının yaxınlığında yerləşən Lambrock məktəbində oxuya bilər.
Mənbə: A haber

